PA-dan QARABAĞ ERMƏNİLƏRİNƏ DƏVƏT - Bakıda görüş ola bilər (Yenilənib)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

asif.jpg (313 KB)

"AzPolitika.info" xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu dəvətlə bağlı qeyd edib ki, rəsmi Bakı bununla Qarabağdakı ermənilərə reinteqrasiyanın alternativinin olmadığını başa salmaq istəyir: "Prezident Administrasiyası Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif edir: gündəm reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir.

Görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Rəsmi Bakı bu təkliflə birdən çox gediş edir:

Birincisi, erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar: Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək;

İkincisi, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı;

Üçüncüsü, ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı altında da legitimləşdirə biləcək;

Görüş təklifində əsas məqamlardan biri də Qarabağda infrastruktur layihələrinin müzakirə edilməsidir. Bu, erməni əhalisinə Azərbaycana inteqrasiyanın daha yaxşı yaşamaq imkanı yaradacağına dair müsbət siqnallar ötürür”.

"AzPolitika.info"

635x100

Şərhlər

Türk 2023-03-13 12:22:12

Ermənini başa salmaq üçün gərək öldürəsən. Necə ki 250 ildir onlar bizi öldürürlər. Erməni bizdən əsr tutmu srazu gülləliyir. Bizimkilər isə gətirib Bakıdan təyyarə ilə yola salırlar. Ona görə erməniylə danışmağın xeyri yoxdur.... Qanımızı içən düşmənlə necə qabaq qabağa oturacaqsınız. Düşmən bizim milləti axırıncı nəfərinə kimi dədə baba yurdumuzdan qovdular. Bizə Qarabağ ermənisiz lazımdır.

Son yazılar