Menu

Ukrayna silah idxalına görə dünyada 3-cü sıraya yüksəlib – Rusiyanın silah satışı 31 faiz azalıb

13.03.2023, 14:43
Ukrayna silah idxalına görə dünyada 3-cü sıraya yüksəlib – Rusiyanın silah satışı 31 faiz azalıb

2022-ci ildə Ukrayna silah idxalina görə dünyada Qətər ve Hindistandan sonra üçüncü yeri tutub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2018-2022-ci illərdə dünyada silah ticarətinin vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən Kiyevin ən böyük tədarükçüləri ABŞ (34 faiz), Polşa (17 faiz) ve Almaniya (11 faiz) olub.

Həmçinin bildirilib ki, ABŞ işğalla əlaqədar Ukraynaya silah ixracını artırsa da, bu, göstərici Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Yaponiyayla müqayisədə aşağıdır.

Qeyd edək ki, hesabata görə, ABŞ və Rusiya dünyada əsas silah ixracatçıları olaraq qalır. Lakin Rusiyada silah satışının həcminin əvvəlki beşillik dövrlə müqayisədə 31 faiz azaldığı vurğulanır.

2013-2017-ci illərlə müqayisədə 2018-2022-ci illərdə ABŞ-də satış 14 faiz artıb və onun qlobal həcmdə payı 40 faiz təşkil edib. Rusiyada eyni dövrdə satış 31 faiz azalıb, qlobal həcmdə payı isə 22 faizdən 16 faizə düşüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol