Menu

AK Parti sözçüsü Ömər Çəlik Azərbaycana təşəkkür edib

13.03.2023, 17:36
AK Parti sözçüsü Ömər Çəlik Azərbaycana təşəkkür edib

“Bu gün Azərbaycanın iqtidar partiyasının nümayəndələri ölkəmizə səfər etdi, zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdilər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycana təşəkkür edib: “Türkiyəyə zəlzələyə görə ilk axtarış-xilasetmə qrupu göndərən və ən gec ölkəmizdən ayrılan Azərbaycan tərəfi oldu. Əlbəttə, onların ürəyimizdəki yeri fərqlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol