Menu

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb

13.03.2023, 18:32
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 1 500-ə yaxın fiziki şəxsə və 205 təşkilata qarşı sanksiyalar heç bir dəyişiklik edilmədən uzadılıb.

Mövcud məhdudlaşdırıcı tədbirlər fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması, vəsaitlərin və ya digər iqtisadi resursların sadalanan fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol