Menu

Prezidentdən yeni təyinat

18.11.2014, 10:56
Prezidentdən yeni təyinat

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru dəyişdi

Azərbaycan prezidenti Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunu vəzifəsindən azad edib.

Ölkə başçısı bununla bağlı sərəncam verib.

Sərəncamda qeyd edilir ki, Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər bir sərəncamına görə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsinə yeni təyinat olub.

Qərara görə, Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol