Müğənni Manaf Ağayevin oğlu həbs edilib.
APA xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq inzibati həbs tədbiri seçilib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.
"Avtomobil saxlanılandan sonra onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunub baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb".


Şərhlər
Bahalı maşının böyründə,əzəmətli villa qarşısında şəkil çəkdirmək 14-15 yaşlı yeniyetmələrə ayıb olmaz,deyərsən ki hələ ağlı formalaşmayıb,formalaşsa Qurani-Kərimdə Allahın “var-dövlətlə öyünməmək” əmrini anlardı.Amma bu yaşda yekə kişilər var-dövlətlə qürrələnirsə bu,Əbu Cəhllikdir,başqa bir şey deyil.Əlbəttə,belə şəkillərlə “Bir vaxt kim idik,indi kim olduq” demək istənilir.Amma kim oldunuz ki?Nyuton kimi Cazibə Qanunu kəşf etdinizmi,Edison kimi elektrik lampası icad etdinizmi,Qaqarin kimi göylərə yol açdınızmı,Armstronq kimi Aya endinizmi,Marsa Marsoxod göndərdinizmi,mobil telefon-internet-facebook icad etdinizmi,nə etdiniz bəşəriyyətə ki bunca lovğalanmağa haqlı hesab etdiniz özünüzü?Bağça yaşlı uşaqlar bir-birlərinə dil çıxarıb acıq verərlər haa,”Baaax,mənim topum necə rənglidi?Sənin belə topun vaar?Atam alıb ee bunu mənə”,bax eynilə o deməkdir belə şəkil çəkdirməklər.Əgər bu yaşınızda var-dövlətlə qürrələnirsinizsə,demək boşuna yaşamısınız vallah.
Haftafa meselesi
Belələrinə duşdu qacqinliq.Belələriermeninlerin babalarinin goruna rehmet oxuyurlarki,bunlara qacqinliq nesib etdiler
Kasibin balasi olsa idi.Coxdan doyub salmoshdilar iceri
Respublikanın paytaxtı belə gədə-güdələrin məkanına çevrildiyindəndir ki,otuz ildir Bakıdan nə ədəbiyyat,nə incəsənət,nə mədəniyyət sahəsində dünyaca ünlü şəxsiyyətlər çıxmır.Və bundan sonra azı 40 il də çıxmayacaq.Baxırsan doğma Bakıya,düşünürsən bu həmin Bakıdırmı, Qara Qarayevlərin,Fikrət Əmirovların,Tofiq Quliyevlərin,Rəşid Behbudovların,Müslüm Maqomayevlərin,Vaqif Mustafazadələrin Bakısıdırmı?Və təəssüf edirsən.Xeyr. O Bakı deyil.Nə qədər acı olsa da o Bakı deyil.Hanı o Bakı?Yoxdur daha.Tarixə qovuşdu,tarixə.Bax nədi bu?Vid-fasonuna bax.İçib maşın sürməyinə bax.Deməyə sözüm çoxdur,amma nə mənası var?Bakının mədəni bəxti belə gədə-güdələrin Bakıda tramvay-trolleybusu sökməyi ilə başladı.Hansı modern cəmiyyətdə tramvayı-trolleybusu sökərlər yəni?Elə bundan hesabınızı alın.
İçib maşın sürən adam eşşəkdi.İçmiş halda polisə tabe olmaq istəməyən sürücü isə eşşək oğlu eşşəkdir.