Menu

“Qarabağ” - “Qalatasaray” oyununun tarixi və saatı dəqiqləşdi

13.03.2023, 21:57
“Qarabağ” - “Qalatasaray” oyununun tarixi və saatı dəqiqləşdi

“Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalatasaray"la (İstanbul) xeyriyyə matçı keçiriləcək.

Klubdan "Qol.az"a verilən xəbərə görə, “Qarabağ" - "Qalatasaray" matçının Bakı Olimpiya Stadionunda təşkil olunması nəzərdə tutulub. Görüş martın 26-sı, saat 20:00-da başlanacaq. Görüşün bu tarixdə keçirilməsi təşəbbüsünü “Qarabağ” irəli sürüb, “Qalatasaray” da buna az əvvəl rəsmi təsdiq verib.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, matç milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol