Menu

"ABŞ Si Cinpini Zelenski ilə əlaqə saxlamağa çağırır" - Ağ Ev

13.03.2023, 23:25
"ABŞ Si Cinpini Zelenski ilə əlaqə saxlamağa çağırır" - Ağ Ev

ABŞ Çin prezidenti Si Cinpini Ukrayna prezidenti Vladimir Zelenski ilə təmaslara başlamağa çağırır.

APA-nın məlumatına görə, bu barədə Ağ Evdə məlumat verilib.

Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Si Cinpin Zelenski ilə onlayn görüş keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, müvafiq söhbət Putinlə gələn həftə Moskvada keçirilməsi planlaşdırılan danışıqlardan sonra baş tuta bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol