Menu

Astarada keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

14.03.2023, 09:39
Astarada keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, o, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Belə ki, mart ayının 13-də keçmiş həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol