PAŞİNYAN SÜLHDƏN İMTİNA ETDİ, MÜHARİBƏNİ SEÇDİ! - Azərbaycanın hərbi əməliyyatlar keçirməsi şərt oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə növbəti hərbi toqquşmaların fitilini çəkən açıqlamalar verib. Bu gün keçirdiyi mətbuat konfransında o, Qərbin vasitəçiliyi ilə Azərbaycanla müzakirə olunan sülh danışıqlarını baltalayacaq bəyanatlar səsləndirib.

Paşinyan bacardığı qədər ”sülhpərvər”, “demokrat” obrazına girsə də səsləndirdiyi açıqlamalar sülhdən, beynəlxalq hüquqa hörmətdən, habelə Azərbaycanla dinc, yanaşı yaşamaq niyyətindən çox uzaqdır.

Marionetka Baş nazir bildirib ki, sosial şəbəkələrdə Ermənistan hökumətinin sülh sazişinə imza atacağına dair “mənfi xəbərlər” yayılır: ”Sizi əmin etmək istəyirəm ki, imzalanmaya 2-3 gün qaldığı məlum olarsa, əslində bu, çox yaxşı xəbər olardı. Mən bunu açıqlayacağam”.

Onun sözlərinə görə, fevralın ortalarında mümkün sülh müqaviləsi layihəsinə dair rəylərini Azərbaycana veriblər və 2-3 gün əvvəl Bakıdan buna reaksiya alıblar.

Sənəddə irəliləyiş varmı?

Bu suala cavabında Baş nazir deyib ki, onlar müəyyən irəliləyişlər görürlər, lakin nə qədər çox irəliləyiş görsələr, “bir o qədər fundamental problemlər ortaya çıxacaq”.

Bu dolaşıq cümlə ilə Paşinyanın nə demək istədiyi aydın deyil.

Paşinyanın sonrakı açıqlamaları isə yalan və böhtanlardan ibarət olub. Sülh müqaviləsi imzalamaqdan niyə qaçdığına aydınlıq gətirə bilməyən “demokrat” Baş nazir Azərbaycanın münasibətləri bərqərar etməklə bərabər Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışdığını iddia edib.

Ancaq təbii ki, bu yalanının əsaslandıracaq nə bir fakt, nə də rəsmi Bakının səsləndirdiyi hansısa bir fikir ortaya qoya bilməyib.

Ölkəsini və özünü hərraca çıxaran, müstəqil iradə sahibi olmayan Paşinyan bu dəfə ermənilərin “məzlum” obrazını daha da şişirtmək üçün alcaq yalanlar söyləməkdən belə çəkinməyib. Azərbaycanın guya Ermənistanın imzasını almaqla Qarabağda qalan bir ovuc erməni əhalisinə qarşı “soyqırım və ya etnik təmizləmə” həyata keçirmək istədiyini iddia edib.

Paşinyan daha sonrakl açıqlamalarında əsl məqsədini ortaya qoyub. Gah Moskvadakkı, gah da Parisdəki ağalarından aldığı göstərişi yerinə yetirən bu marionetka Baş nazir həyasızcasına Azərbaycanın 9 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirmədiyini iddia edərək, imzalanacaq hər hansı sənədin icrası üçün beynəlxalq təminat olmasının zəruriliyindən dəm vurub. Yəni, Qarabağa – Azərbaycan ərazisinə beynəlxalq müşahidəçilərin gətirilməsini, Xankəndində idarəçiliyin onların nəzarətinə verilməsini istədikləri ifadə edib.

Bununla da kifayətlənməyən Paşinyan Azərbaycanın qırmızı xətlərini görməzdən gələrək yenidən köhnə bayatıları təkrarlayb. Hətta həddini aşaraq, Bakını Xankəndindəki separatçılarla dialoqa getməyə çağırıb, Qarabağın kiçik bir hissəində qalan azsaylı erməni əhalisinin “hüquqları və təhlükəsizliyi” üçün beynəlxalq mexanizmlərin, təminatların olmasının zəruriliyindən dəm vurub.

Bir sözlə Paşiyan sanki kapitulyasiya aktına imza atdığını unudaraq, Şuşada yallı getdiyi dövrlərdə olduğu kimi həddini aşan, necə deyərlər, küstah açıqlamalar verib. Hansı ki, bunlar müzakirə masasındakı sülh müqaviləsi layihəsinə, eləcə də beynəlxalq hüquqa ziddir.

Paşinyanın çıxışından məlum olur ki, o, konstruktiv yanaşmadan tamamilə imtina edərək faktiki Xankəndindəki hərbi xuntaya “status” tələb edir.Hansı ki, Bakı bunu rədd etdiyini dəfələrlə onun üzünə söyləyib.

Şübhəsiz ki, Paşinyanın yalan və böhtanlarla zəngin bu bəyanatı bölgədə yeni müharibənin fitlini çəkməkdir.

Azərbaycan rəhbərliyi bu açıqlamaları sülhdən imtina kimi dəyərləndirərək bölgədə antiterror əməliyyatlarına start verə bilər. Ötən həftə Müdafiə və Xarici işlər nazirliklərinin bəyanatında belə əməliyyatların anonsu verilib. Azərbaycan erməni silahlı dəstələrini qısa müddətdə darmadağın edərək Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqələri qura bilər. Ehtimal etmək olar ki, yaxın günlərdə Azərbaycan Müdafiə Nazirliyinin separatçı rejimə bölgədəki silahlı dəstələri çıxarması ilə bağlı ultimatumu səslənəcək.

Təcrübə göstərir ki, Azərbaycanın güc tətbiqi regionda sülhün bərqərar olunması üçün ən yaxşı vasitədir. 44 günlük müharibə, ondan sonra keçirilən cəzalandırma əməliyyatları münaqişənin həlli istiqamətində alternativsiz təsiredici addımlar olub. 

Başqa heç bir alət - nə Qərb vasitəçiləri, nə Rusiya, nə də Paşinyan hökumətinin acınacaqlı aqibətdən dərs çıxaracağına dair ümidlər özünü doğrultmayıb. Bəlkə də bu əməliyyatlar elə Qərbə də lazımdır, regionda istədiyi sülh üçün əlverişli zəmin əldə edər…

E.Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Nazim 2023-03-14 23:54:13

Başımıza açılan bu oyunların günahkarı rusiyadır.Çünki bu alçaqların başıni Qəhrəman hərbçilərimiz əzəcəkdi.Və bunların səsini bir dəfəlik kəsəcəkdi.İndi bunlar şirin agzından qurtaran tülkü kimi danışırlar,çünki havadarları bu musiqini çalırlar.

Eli 2023-03-14 20:19:13

Şerefini itirmiş Ermenistan hele ki,qucaqdan qucağa tullanmaqla özüne arxa kömek axtarışındadur ki, buna da nail ola bilmeyib.Lakin o dünya xristianlığına ve ermeni diasporunun kömeyine ümid efir ki bu da Beynelxalq hüquqa ziddir ve çetin ki kimse ona kömek ede bilsin.

Son yazılar