Menu

Dəm qazından zəhərlənən 14 yaşlı qız 9 gün sonra xəstəxanada ölüb

15.03.2023, 09:38
Dəm qazından zəhərlənən 14 yaşlı qız 9 gün sonra xəstəxanada ölüb

Göyçayda dəm qazından zəhərlənən 14 yaşlı qız 9 gün sonra xəstəxanada ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədzadə Zahidə Samir qızı martın 5-də yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib və Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. O, martın 14-ü xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

t.ədalət 2023-03-15 11:55:38

9 gün yaşayıbsa,deməli,onu sağaltmaq olardı.Həkim savadsızlığı qızcığazın ölümünə səbəb olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol