“Rəsmi Bakının təyin etdiyi nümayəndələrlə Qarabağın erməni əhalisi arasında birbaşa təmasların alternativi yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Avropa ittifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan mediasına müsahibəsində bildirirb.
Klaar sözgedən danışıqlarının perspektivlərini belə şərh edib: “Bakı ilə Qarabağın erməni əhalisi arasında birbaşa və görünən müzakirələrin başlanması düzgün istiqamətdə atılmış addımdır və alqışlanmalıdır. Belə dialoq qarşıdurmanı qızışdırmağa deyil, etimad mühiti yaratmağa yönəlməlidir. Biz bütün maraqlı tərəfləri mənfi ritorikadan çəkinməyə və kompromis həll yollarının tapılmasına diqqət yetirməyə çağırırıq”.
Klaar həmçinin atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını ifadə edib.
“Avropa İttifaqı tərəfləri gərginliyin qarşısını almaq üçün təmkinli olmağa çağırır” - deyə, o, bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər