Menu

İsveç Ukraynaya 10 "Leopard" tankı verəcək

15.03.2023, 23:40
İsveç Ukraynaya 10 "Leopard" tankı verəcək

İsveç hökuməti 10 "Leopard" tankını Ukraynaya təhvil vermək qərarına gəlib.

APA-nın məlumatına görə, bunu çərşənbə günü keçirdiyi brifinqdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Bu gün biz Ukraynaya yardımda irəliləyişimiz və bəzi mühüm yeni öhdəliklər barədə xəbərlər eşitdik. İsveç Ukraynaya 10 "Leopard" tankı və mühüm hava hücumundan müdafiə komponentləri tədarük edəcəyini açıqlayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol