Rusiya MN Şoyqu ilə Pentaqon rəhbərinin telefon danışığının detallarını açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqu ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Şoyqu amerikalı həmkarına Qara dənizdə dronun suya düşməsi ilə bağlı insidentin səbəbinin ABŞ-ın Rusiya Federasiyası tərəfindən xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı elan etdiyi uçuşların məhdudlaşdırılması zonasına əməl etməməsi olub. Bundan başqa, Şoyqu Ostinə ABŞ-ın kəşfiyyat fəaliyyətinin gücləndirilməsi kimi hərəkətlərinin Rusiyanın maraqlarına zidd olduğunu söyləyib.

"Rusiyalı nazir qeyd edib ki, Amerika PUA-sının Krım sahillərində uçuşları təxribat xarakteri daşıyır və Qara dəniz zonasında eskalasiya üçün ilkin şərtlər yaradır.

Rusiya Federasiyası hadisələrin bu cür inkişafında maraqlı deyil, lakin bütün təxribatlara mütənasib şəkildə cavab verməyə davam edəcək", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar