Menu

Bu il 54 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

16.03.2023, 12:46
Bu il 54 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddə götürülüb.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.

Qeyd olunub ki, aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 54 milyon 292 min AZN (31 milyon 936 min ABŞ dolları) kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol