Alimlərin maaşının artması üçün ölçülə bilən nəticələr olmalıdır.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, hər il dövlət müəssisələrində çalışanların maaşları 10-15 faiz artır:
"Lakin bunun daha çox artması üçün dediyim kimi ölçülə bilən nəticələr olmalıdır. Ali məktəblərin elmi tədqiqat universitetləri ilə əməkdaşlığına gəlincə, bayramdan sonra bu istiqamətdə geniş iclas keçirəcəyik. Maliyyələşmə ortada hansısa bir iş olmasına görə həyata keçiriləcək. Məsələn, ortaq magistr proqramı buna aid ola bilər".


Şərhlər
Alimə ölçülə biləcək nəticələr alması üşün, alimə ölçü aparmaq üçün şərait yaratmaq lazımdır. Mənə iş şəraiti yaratmaq barədə bu nazirə çoxsaylı müraciətlər etmişəm. Heç bir tədbir görmür. Hər gün gəlib institutun həyətində fırlanıb evə gedirəm. Ölçmək bir yana qalsın, özümün şəxsi stulumda oturmağa belə icazə vermirlər. Elmi məhv ediblər.