Menu

Suriyada yaşayan 200-dən çox erməni Ermənistana köçmək istəyir

16.03.2023, 13:12
Suriyada yaşayan 200-dən çox erməni Ermənistana köçmək istəyir

Suriyada yaşayan 200-dən çox erməni Ermənistana köçmək istəyir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın diaspor məsələləri üzrə baş komissarı Zare Sinanyan bildirib.

Sinanyanın sözlərinə görə, hazırda onların yerləşdirilməsi və yardım göstəriləsi ilə bağlı məsələlər üzərində iş aparılır.

Komissar onu da əlavə edib ki, Suriyadakı zəlzələdən sonra rəsmi İrəvan zərərçəkənlərə humanitar yardım, “Hayastan” ümumerməni fondu isə diaspor strukturlarına 140 min dollar vəsait göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol