Menu

“Azərbaycana dəstəyi davam etdirməyə hazırıq” – Oliver Varhelyi

16.03.2023, 15:09
“Azərbaycana dəstəyi davam etdirməyə hazırıq” – Oliver Varhelyi

"Biz Ermənistan və Azərbaycan liderlərini münaqişəni nəhayət həll etmək və mənalı dialoqa qayıtmaq üçün tarixi fürsətdən istifadə etməyə çağırırıq".

“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İtttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Avropa komissarı Oliver Varhelyi deyib.

O, Avropa Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında sülh prosesi ilə bağlı bütün məsələləri, o cümlədən gələcək sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı dialoqun asanlaşdırılmasına yönəlmiş səylərini tam dəstəklədiyini bildirib.

“Biz istər sülh prosesinin təşviqi, istərsə də humanitar və minalardan təmizləmə yardımının davam etdirilməsi yolu ilə Azərbaycana dəstək olmağa davam etməyə hazırıq”, - Varheli əlavə edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol