ABŞ Müdafiə Nazirliyi Rusiyanın “Su-27” qırıcısının Qara dəniz üzərində “MQ-9 Reaper” kəşfiyyat pilotsuz təyyarəsini vurmasının videosunu yayıb.
Video vurulmuş dron tərəfindən lentə alınıb. Videoda kəşfiyyat təyyarəsinə iki rus qırıcılarının yaxınlaşması və onların pilotsuz aparata fiziki təması görünür.“MQ-9 Reaper” ikinci toxunuşdan sonra idarəetmədən çıxır.
Bir çox hərbi ekspertlər əmindirlər ki, Rusiya təyyarəsi qəsdən ABŞ-ın pilotsuz təyyarəsini vurub. Pentaqon regionda vəziyyəti gərginləşdirməmək üçün bu faktı inkar edə bilər.
Pilotsuz təyyarənin düşdüyü ərazidə Rusiya hərbi gəmilərinin aktivliyi müşahidə edilib. Ehtimal olunur ki, onlar aparatın qalıqlarını götürməyə çalışırlar. CNN telekanalı isə bütün məlumatların dondan artıq silindiyini bildirib.
“AzPolitika.info”


Şərhlər