Menu

Azərbaycan sərhədində atışma - Yaralı var

18.11.2014, 11:50
Azərbaycan sərhədində atışma - Yaralı var

Hadisə Bayaxanlı kəndi yaxınlığında baş verib

İran Azərbaycan sərhədində atışma olub. Bu barədə yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər.

Məlumata görə, hadisə rayonun Bayaxanlı kəndi yaxınlığında baş verib. İrandan qaçaq yolla Azərbaycana narkotik maddə keçirən şəxslərlə sərhədçilər arasında baş verən atışma zamanı İran İslam Respublikası vətəndaşı yaralansa da, hadisə yerindən qaça bilib.

Lakin əməliyyat zamanı bir nəfər, Cəlilabad rayon Məlikqasımlı kənd sakini həbs olunub. Məlumata görə, sərhəd pozucuları İrandan Azərbaycan qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirməyə cəhd göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

* * *

Bu gün İran-Azərbaycan sərhədində atışma baş verməsilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

Dövlət Sərhəd Xidmətindən ANS PRESS-ə bildirilib ki, yayılan xəbərlər həqiqətəuyğun deyil. Belə hadisə qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol