Suriya diktatoru Bəşər Əsəd Ukraynanın işğal olunan ərazilərini Rusiya torpaqları kimi tanıdığını bəyan edib.
“AzPolitika.info” xəbər verir ki, Suriya Prezidenti Kremldə keçirdiyi görüşdən sonra belə bir açıqlama verib.
Moskvada Putinin qonağı olan Əsəd “RİA Novosti”-yə deyib ki, bu ərazilər “tarixi rus torpaqlarıdır”: “Əlbəttə, mən deyirəm ki, bunlar rus torpaqlarıdır. Müharibə olmasaydı belə, bunlar tarixi rus torpaqlarıdır... Bu torpaqlar Ukraynaya 100 il əvvəl verilib, məncə Leninin dövründə”.
Qeyd edək ki, Əsəd dünyada Putinin işğalçılıq siyasətini dəstəkləyən 3-4 diktatordan biridir.
“AzPolitika.info”


Şərhlər