Polşa yaxın günlərdə Ukraynaya Sovet istehsalı olan 4 ədəd MiQ-29 döyüş təyyarəsi göndərməyi planlaşdırır.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda məlumat verib.
Ukraynaya onlarla MiQ-29 döyüş təyyarəsi tədarük etməyi planlaşdırdıqlarını qeyd edən Duda, Ukraynanı döyüş təyyarələri ilə təmin edən ilk NATO ölkəsi olacaqlarını vurğulayıb.
Duda bəyan edib ki, Sovet istehsalı olan döyüş təyyarələrindən 4-ü yaxın günlərdə, qalanları isə yoxlanıldıqdan sonra Ukraynaya təhvil veriləcək.
“AzPolitika.info”


Şərhlər