Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub.
Paşinyan Xarici İşlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın.
Paşinyan bununla nəyə nail olmaq istəyir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistanın Baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür. “Paşinyanın iddiasının qarşılığında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrinə qayıtması məsələsini qaldırmalıdır”, - o qeyd edib.
“AzPolitika.info”


Şərhlər
Görünür, Elxan Şahinoğlunun uzaqgörənliyi yetəri qədər deyil. Xocalı, Xankəndi AZərbaycanın dünya üzrə de-yure qəbul olunan legitim əraziləridir. Gec-tez orada yerləşəcəyik. Ermənilərin Şuşaya qayıtması qarşılığında Azərbaycan öz vətəndaşlarının Göyçə ətrafında, İrəvanda öz ata-baba torpaqlarına qayıtması məsələsini qaldırmalıdır.
Qarabağ məsələsinin həllini Rusiya bizim üşün çox qəlizləşdirir, yəni burada erməninin itirəcək heç bir şeyi yoxdur. Belə ki, erməni münaqişəyə qədər yaşadığı şəhər və kəndlərin demək olar ki, heç birini itirməyib, bizimsə itirdiyimiz Xocalı, Qaradağlı, Kərkicahan, Malıbəyli və s. adlarını çəkə bilmədiyim yaşayış məntəqələridir...
Yerli erməni ailələri işğal əraziləri azad edilən zaman Azərbaycanı tərk etmişdilər. Bu münaqişədə ən adekvat həlledici saxlanmallı hal (situasiya) idi. Həmin status-kvonu hər iki tərəf sülh qətiyyətinə gələnə qədər saxlamaq gərəkdi?
Paşinyanı,görünür,Putin bu məsələyə yönəldib.Rusiya Azərbaycandakı casuslarının hesabına hələ çox problemlər qaldıracaq.