Menu

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır - VİDEO

16.03.2023, 22:39
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır - VİDEO

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

"Xəzərxəbər" xəbər verir ki, Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir. İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Şərhlər

Mubariz 2023-03-16 23:05:42

Doğurdan əcaib ölkədə yaşayırıq ,Qazaxda seçki zamanı ailə siyahıda yerinə qol çəkdiyiniz adam ölüb ,komisiya sədri deyir ki o sizin üçün ölüb bizim üçünsə sağdır .Burada da adam yaşayır deyirlər ki o sizin üçün yaşayır ,bizim üçünsə ölüb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol