Menu

Azərbaycanda əhalinin gəlirləri qiymətlərdən daha sürətli artıb - Dövlət Statistika Komirtəsi

17.03.2023, 13:46
Azərbaycanda əhalinin gəlirləri qiymətlərdən daha sürətli artıb - Dövlət Statistika Komirtəsi

Azərbaycanda inflyasiya əhalinin artan gəlirlərinin böyük hissəsini silib

2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq malları üzrə 12,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.

Bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.

Qeyd edilib ki. 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz yüksəlib.

2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15,2 faiz artaraq 10,7 milyard manat olmuşdur.

2023-cü ilin yanvar ayında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin yanvar ayına nisbətən 11,8 faiz artaraq 856,2 manata çatmışdır.

Şərhlər

Vətəndaş 2023-03-17 15:07:56

Belə statistika ilə,çox irəli getmişik.Bunlar deputatların, maaşı,nazirlərin rüşvəti üzərindən statistika aparırlar.Düşünəni tapılmır ki,bu millətin 60-65 faizi işsizdir,pensiyalar dərman və həkimlərə çatmır,yalan inflyasiya rəqəmlər ilə manipulyasiya edirlər.Belə statiska ilə də hakimiyyət ölkə idarə etdiyini zənn edir.Nə qədər belə davam edəcək? Yalanı nə qədər yürüdülməyə çalışacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol