Menu

Jirinovskinin qırmızı pencəyi... - Auksionda satışa çıxarılıb

17.03.2023, 16:06
Jirinovskinin qırmızı pencəyi... - Auksionda satışa çıxarılıb

Rusiyanın ən səs-küylü siyasətçilərindən biri olmuş LDPR sədri Vladimir Jirinovskinin pencəyi internet auksionlarının birində satışa çıxarılıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, Jirinovskinin tez-tez Duma iclaslarına geydiyi məşhur qırmızı rəngli pencəyə 250 min rubl ilkin qiymət qoyulub.

Xəbərdə deyilir ki, pencək “yaxşı vəziyyətdədir”. 

O da məlum olub ki, bu pencəyi V.Jirinovski hələ 2014-cü ildə “Politika” verilişinin efirində tanınmış ukraynalı jurnalist Dmitri Qordona hədiyyə edibmiş.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol