Menu

Dünyanın ən dəhşətli həbsxanasına daha iki min məhbus köçürülüb - FOTOLAR + VİDEO

17.03.2023, 16:21
Dünyanın ən dəhşətli həbsxanasına daha iki min məhbus köçürülüb - FOTOLAR + VİDEO

Mərkəzi Amerika ölkəsi El Salvadorda yeni açılan meqa həbsxanadan paylaşılan görüntülər dünya mediasında böyük rezonans doğurub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, 40 min məhbusun yerləşdiriləcəyi həbsxanaya daha 2 min yeni məhbus köçürülüb.

Beynəlxalq agentliklərin təqdim etdiyi görüntülərə əsasən, məhbuslar həbsxanaya yarıçılpaq, ayaqyalın və başıaşağı şəkildə gətiriliblər.

Müəssisənin içərisindən çəkilmiş son görüntülərdə məhbusların döşəkləri olmayan dəmir çarpayılarda yatdıqları məlum olub.

Britaniyanın “Daily Mail” nəşri yazır ki, 100 məhbusun yerləşdiyi hər kamerada cəmi iki tualet var.

Nəhəng həbsxanada yeməkxanalar, idman otaqları və stolüstü tennis stolları olsa da, bunlar yalnız mühafizəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, İnsan Haqları təşkilatı buradakı məhbusların bir çoxunun əsassız şəkildə həbs oluna biləcəyi qənatindədir.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol