Menu

"Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi" - Əli Əsədov

17.03.2023, 18:36
"Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi" - Əli Əsədov

Azərbaycanda əkin sahələrinin selləmə kimi suvarılması dövrü başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"Bu il sudan istifadənin həcmi 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə 2,1 dəfə çox - 44 milyard kubmetrdən artıq olacaq. Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır” - deyə o qeyd edib.

Şərhlər

Watchman 2023-03-17 20:58:43

Selləmə kimi suvarılma....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol