Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin ad günüdür. Sabiq gömrük rəisinin yubileyidir - 50 yaşı tamam olur.
S.Mehdiyev 1973-cü ildə Naxçıvanda anadan olub. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb, 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb, 2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb, 23 aprel 2018-ci ildə Komitənin sədri təyin olunub.
Ötən ilin iyul ayında vəzifəsindən azad edilib.
“AzPolitika.info”


Şərhlər
Bunun 50 yaşı var, 10000 pensiya necə alır. Deputatlarda biri 76 yaşı var, hardasa rast gəldim ki deyir pensiya yaşı 70 olmağını istəyirəm.
Səfər Mehdiyev 50 yaşını milyarder kimi keçirir..
100 yaşa deyerli insan.