Menu

Ermənilərə qoşulub Azərbaycana qarşı çıxmaq... – Almaniyadakı aksiyanın “pərdəarxası” (FOTO)

17.03.2023, 20:14
Ermənilərə qoşulub Azərbaycana qarşı çıxmaq... – Almaniyadakı aksiyanın “pərdəarxası” (FOTO)

Azərbaycan Prezidentinin martın 14-də Almaniyaya baş tutan səfəri və Almaniya Prezidenti, eləcə də kansler Olaf Şoltsla görüşləri ölkəmiz adına növbəti uğurlu diplomatik gediş oldu və təbii ki, bu, Azərbaycanı istəməyənlər üçün heç də xoş xəbər olmadı. Elə Prezidentin səfəri zamanı bir dəstə şəxsin Azərbaycana və ölkə başçısına qarşı şüarlar səsləndirməsi, aksiya keçirməyə cəhd etməsi də bunu təsdiqlədi.

Əslində, belə təxribat xarakterli addımlar əksər dövlət başçılarının xarici səfərləri zamanı yaşanır və burada qeyri-adi nəsə axtarmağa bəlkə də dəyməzdi. Lakin Almaniyadakı “aksiya”nın bir özəlliyi o oldu ki, “siyasi mühacir”, “bloger”, “jurnalist” adlandırılan bəzi şəxslər özlərini açıq şəkildə ermənilərlə birləşib, Azərbaycana çirkab atacaq qədər alçalmağa layiq gördülər.

Belə ki, Berlindəki aktiv erməni təşkilatlarından olan “Theophanu club” öz sosial şəbəkə səhifəsində İlham Əliyevin səfəri zamanı 5-6 nəfərlik etiraz aksiyası keçirdiyinə dair xəbər paylaşıb. Xəbərdə deyilir ki, Azərbaycandan olan şəxslər də onlara qoşularaq, Azərbaycanın başçısına etiraz ediblər, şüarlar səsləndiriblər. Hətta bu “demokratiya aşiqləri”nin fotolarını da yayıblar. Fotodan göründüyü kimi, bunlar Əfqan Muxtarlı, Orxan Ağayev və Şirin Abbasovdur. Yəni, bu şəxslər ermənilərlə “birlik” nümayiş etdirərək, öz dövlətlərinin başçısına qarşı aparılan çirkin kampaniyaya qoşulublar. Bu, o deməkdir ki, hər iki tərəf eyni amala, düşüncəyə sahibdir və eyni məqsədə xidmət edir...

Qeyd edək ki, sözügedən şəxslər Berlin polisindən aksiya üçün icazə istəsələr də buna imkan verilməyib və bu “qəhrəmanlar” da belə görünür ki, öz “fəaliyyətləri” və maraqları xatirinə ermənilərlə bir cərgədə durmaq qərarına gəliblər.

“AzPolitika”




Şərhlər

Zaur 2023-03-17 23:54:30

SATQINLAR!!!!!!WARAFSIZLAR!!!!

Eli 2023-03-17 22:43:22

Dünyanın en geriqalmış milletleri de Veten ve millitin toxunulmazlığından söhbet gedende birleşib ümumi düşmene qarşı vuruşub qelebe qazanır,sonra şse daxilde öz aralarında olan anlaşılazlıqları hell edirler.Biziimkiler ise hemişe şexsi menafeyi milli menafeden üstün tuturlar.Bizim milli facıe mehz bundadır.

Qebeleli 2023-03-17 22:39:33

Bele adamların valideynlerine yazığım gelir. Hansi ata ana isteyerki ovladi boyuyub bele beyinsiz bedbext olsun.

Sahib 2023-03-17 21:38:42

Onıar xalqa qarşı çıxmırlarrejimə qarşı çıxarırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol