Menu

Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib

18.03.2023, 00:54
Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, XİN bununla bağlı bəyanat yayıb.

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur”, - deyə nazirlik vurğulayıb.

Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol