Menu

Tramp feysbuka qayıdıb

18.03.2023, 08:18
Tramp feysbuka qayıdıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp feysbuka qayıdıb.

“Report” xəbər verir ki, bu barədə D. Tramp sözügedən sosial şəbəkədə elan edib.

Amerikalı siyasətçi keçmiş çıxışlarından fraqmentləri əks etdirən videorolik paylaşıb.

“Gözlətdiyimə görə üzr istəyirəm. Çətin işdir, çox çətin”, - rolikdəki çıxışlarından birində bildirib.

Xatırıladaq ki, Donald Tramp 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra feysbukda əngəllənib. Cari ilin əvvəlində əngəl aradan qalxsa da, Trampın feysbuka qayıdışı martın 17-də baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol