PUTİNİ NECƏ HƏBS ETMƏK OLAR? – Bu ölkələrə gedərsə, dərhal həbs olunacaq

Ötən gün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Bildirilib ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

Bəs Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs edilə bilərmi?

“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Putin Sudanın sabiq lideri Ömər əl-Bəşir və Liviyanın başçısı Müəmmər Qəddafidən sonra BCM-nin həbsinə order verdiyi üçüncü prezident, BMT Təhlükəsizlik Şurasına daimi üzv olan beş ölkədən brinin isə ilk lideri olub.

Nəşr yazır ki, BCM-nin orderinə əsasən Vladimir Putin bundan sonra 123 ölkəyə gedə bilməz. Həmin ölkələr arasında Gürcüstan və Tacikistan, o cümlədən Venesuala da var. Əgər Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməlidirlər .

Lakin Kreml bu gün məhkəmənin qərarını “qeyri-qanuni və qəbuledilməz” adlandırıb. Moskva məhkəmənin yurisdiksiyasını tanımadığından, BCM-nin Rusiya ilə bağlı istənilən qərarının “hökmsüz” olduğunu bildirib.

“Daily Mail”-ə görə, Rusiyanın bu mövqeyi istər-istəməz Putinin necə həbs oluna biləcəyi ilə bağlı suallar doğurur və yaxın vaxtlarda beynəlxalq tribunalın qurulacağını istisna edir.

BCM-nin Prezidenti Piotr Hofmanski etiraf edib ki, məhkəmənin hakimləri orderlər versə də, onların icrası beynəlxalq ictimaiyyətin üzərinə düşür.

Məlumatda qeyd olunur ki, Beynəlxalq cinayət ədalət mühakiməsinin Roma Statusu sisteminə əsasən, məhkəmənin orderlərini icra etmək üçün öz polis qüvvəsi yoxdur. Üstəlik, BMC-nin səlahiyyətini aldığı Əsasnamə qiyabi məhkəmələrin keçirilməsini istisna edir, yəni Putin şəxsən mühakimə olunmalıdır.

Putinin həbs olunma ehtimalı çox az olsa da, var. Putin xaricə səfər edərsə, BCM-nin həbs qərarına dair sistematik xatırlatmalar üzv ölkələrə göndəriləcək. Üzv ölkə əməkdaşlıq tələbini yerinə yetirməsə belə, Putin birbaşa məhkəməyə gətirilə bilər.

“Daily Mail” yazır ki, Rusiyadan Putinin ekstradisiyanı və ya onun həbsini tələb etmək mümkün olmasa da, Kreml liderinin müharibə başlayandan bəri xaricə səfərlər etdiyi hər kəsə məlumdur. Əgər Putin siyahıda olan 123 ölkədən birinə səfər edərsə, onu həbs edərək, məhkəməyə gətirmək mümkün olacaq.

Nəşr xatırladır ki, Putin Ukraynadakı müharibədən sonra İrana, Tacikistana, Türkmənistana, Özbəkistana, Qazaxıstana, Ermənistana, sonuncu dəfə isə Qırğızıstana və Belarusa səfər edib.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-03-18 21:30:23

Iakin bütün bu basqılara rəğmən, Rusiya hele de çayı tersine üzmekde devam edir. O Rusiya ki, biz de dahil dünyada onu seven milletler barmaqla sayıla bilər. Bu gün biz hayla da Rusiyanın bizə qarşı olan tavrlarının cəzasını çəkirik. Amma həmişə demişəm, tarixdə ən böyük məğlubiyyet, düşmənini gücsüz sanmaqdır. Rusiyanın Ukraynaya ilk hücumunda, bu barədə bir yazı yazdım, bir çox dostlar məni bu məsələdə zəif düşünməkdə ittiham etdilər. Artıq o gündən bir il keçir. Hələ ki, düşündüklərimizin əksinə heç nə dəyişməib. Açıq deyirəm, bu gedişatla görünen o ki Rusiya daha bir neçə yüz min əsgər itirmek bahasına da olsa (Rusiya daxilden qarışıb, Putini hakimiyyetden uzaqlaşdırmasalar eger) Kiyevi götürüb, sonra dünyanı masada oturdacaq. Sonda Kiyevi geri qaytarıb, aldığı digər əraziləri özündə saxlamaqla, sülhə gedəcək (təki mən bu düşüncelerimde yanılım) . Putini son hədəfi budur və o ölümüne bedel bu hedefe doğru gedecek. Ən qorxulusu isə o bu hədəfə çatmaq üçün, bütün geride qalan silahlara əl atması olardı. Məhz elə dünya güclerini də qorxudan budur. Ona görə də indi həmin güclər Zelenskiye silah verimində tereddüdlere qapıllıb, Rusiyaya qarşə başqa basqılara və bu sayaq gülünc uyğulamalara el atırlar . Bu baxımdan Beynəlxalq Cinayət Məhkəmsinin Putinlə bağlı bu qərarına (yəni Putin o qədər axmaqdır ki, devet olunmayan ölkeye gedecek, o ölkə də Putini tutacaq) , dünyada bu da bir menalı qarşılanmayacaq. Məsələ ABŞ Prezidenti Bayden Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsini çox sərt adlandırıb ve ardınca da deyib ki,“Hesab edirəm ki, bu haqlı qərardır”, - Yəni iki başı fikir bildirib. Kim nə qərar verir versin, bütün hallarda olan Ukraynaya və Ukraynalılara olur. Belə ki, Rusiyanın da, Batının da silahları Ukraynada yəni Ukraynalıların başında partlayır. Odurki de Ukrayna bütün dünyanın gözleri önündə günü- günden xarabalığa çevirilir. Nə yazıq ki, Ukrayna hayla da farqında deyiil ki, Batı ve ABD Ukraynanı Rusiyaya qarşı kurbanlık seçibler. Zamanında Gürcüstanı da belə kurban verdiler. Bu gün bir zamanlar Batının qehraman elan etdiyi Saakaşvili cəza evində ölümə tərk edilib, heç kimin umurunda bele deyil. Allah Ukrayna xalqının köməyi olsun. Bütün hallarda işğala nəhlət deyirik. Biz Azərbaycan olaraq, 30 ildən artıq bu tecavüzün her üzünü de daddıq ve hayla da dadmaqdayıq.

Eldəniz 2023-03-18 16:08:31

Boş şeydir nə həbs , heç Lavrovu belə həbs edə bilməzlər bunlar ....elə isə niyə Xocalı qatilləri əlini qolunu sallayıb Avropa ölkələrine , Fransaya , Amerikaya gedir görüşək keçirir..Araik bütün il boyu Fransaya getdi gəldi heç nə olmadı ...artıq hec kəsin inanmağı gəlmir ...

Son yazılar