Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı İran - Azərbaycan qarşılıqlı əlaqələrinin son vəziyyəti müzakirə edilib.

APA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu razılaşmanın müsəlman birliyinə müsbət təsirlərini vurğulayıb.

O, əmin olduğunu bildirib ki, bu saziş müsəlman dünyasının mövqelərinin möhkəmlənməsinə və regional problemlərin həllinə kömək məqsədilə İslam ölkələri arasında birliyin yaradılmasına gətirib çıxaracaq.

Diplomatlar telefon danışığı zamanı, həmçinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, rəsmi Tehran və Ankara arasında regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar