“Ukraynada başlayan geniş miqyaslı işğaldan bəri Rusiya diktatoru Vladimir Putin 5 “mühüm” vəzifəni uğurla yerinə yetirməyi bacardı”.
“AzPolitika.info”xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
Podolyak bildirib ki, Putin “gözəl planı” nəticəsində bir sıra “uğur”lara nail olub:
- Rusiyanın Avropadan qovulması;
- “Rus dünyası” nüfuzunun Ukraynada sona çatması;
- Rus ordusunun gözdən salınması və məhv edilməsi;
- Rusiyanın iqtisadi təcrid edilməsi;
- Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı order verməsi.
“AzPolitika.info”

Şərhlər