Putinin həbs qərarına dünyadan reaksiyalar – “Qərb sona qədər gedəcəyini göstərdi”

Avropa İttifaqının (Aİ) xarici işlər komissarı Josep Borrell Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını alqışlayıb. “AzPolitika.info” xəbər verir ki, diplomatın fikrincə, Vladimir Putinin həbsinə dair order Rusiyanı Ukraynaya qarşı törətdiyi cinayətlər və vəhşiliklərə görə cavab verməyə aparan yolun yalnız başlanğıcıdır.

Aİ-nin Rusiyadakı Nümayəndəliyinin teleqram kanalında deyilir: "Biz BCM-nin fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyirik. Cəzasızlıq ola bilməz".

ABŞ Prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin qərarını əsaslı adlandırıb. Bayden deyib ki, Putin açıq-aşkar müharibə cinayətləri törədib. O, məhkəmənin qərarını qətiyyətli mövqe hesab edib. Qeyd edək ki, ABŞ da Rusiya kimi, BMC-nin səlahiyyətlərini tanımır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tvitter hesabında yazıb ki, müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb edilməlidir. Diplomat araşdırmaların davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski BCM-yə prinsiplərə sadiqliyinə və günahkarları həqiqətən də məsuliyyətə cəlb etməyə hazır olduğuna görə təşəkkür edib.

“Terrorçu dövlətin ali liderinin əmri olmadan belə bir cinayət əməliyyatını həyata keçirmək mümkün olmazdı”, - Zelenski vurğulayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da BCM-nin qərarını alqışlayıb.

"Cinayətkarlar uşaq oğurluğu və digər beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyacaqlar", - nazir tvitter hesabında yazıb.

Serbiya prezidenti Aleksandar Vucic məhkəmə qərarını şərh edərkən, Rusiya ilə Ukrayna arasında münaqişənin daha da genişlənməməsini təklif edib, “ lakin Qərb bununla sona qədər gedəcəyini göstərdi”.

Eyni zamanda, BMT Baş katibinin nümayəndəsi Stefan Dujarrik Əl-Cəzirə müxbiri ilə söhbətində qeyd edib ki, təşkilatın rəhbəri Antonio Quterreş problemin həlli üçün danışılması lazım olan hər kəslə dialoqu davam etdirəcək.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı həbs orderlərinin verilməsini cinayət əməlləri törədən bütün şəxslərə xatırlatma adlandırıb. 

"Rətbə və vəzifələrindən asılı olmayaraq, onların hər biri gec-tez məsuliyyətə cəlb oluna bilər", - təşkilat tvitter hesabında yazıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar