“PUTİN BAXMUTUN İŞĞALI ÜÇÜN YENİ TARİX QOYUB...” - "Rusiya NATO ilə qarşıdurmanı şiddətləndirir, münaqişə zonası yaratmaq istəyir"

“Baxmut Rusiya ordusunun “üyüdülməsi” fabrikinə çevrilib”

Artıq üç aydır ki, Rusiya ordusu kiçik Baxmut şəhərini ələ keçirmək üçün onu şimaldan və cənubdan mühasirəyə almağa çalışır. Rusiyanın hərbi-desant dəstələri, dəniz piyadaları və “Vaqner”özəl hərbi birləşməsi bu döyüşlərdə hər gün yüzlərlə itki verir.

Ukrayna müdafiəçilərinin əzmkar mübarizəsi sayəsində Baxmut uğrunda döyüşlər eyni anda iki mühim məsələni həll edir. Əvvəla, Rusiya ordusu xeyli itki verərək zəifləyir və nəticədə digər istiqamətlərdə hücum əməliyyatları həyata keçirə bilmir. Bundan başqa, Rusiya ordusunun döyüş meydanındakı uğursuzluqları Putin rejiminı laxladır.

Ukraynanın 2005-2010-cu illərdə Xarici Kəşfiyyat Xidmətinin rəbhəri olmuş ordu generalı Nikolay Malamuj Ukraynanın “Obozrevatel.com” saytına verdiyi müsahibədə bildirib ki, artq may ayında Ukrayna ordusu iri miqyaslı əks hücuma başlaya bilər. Həmin müsahibəni təqdim edirik.

-Bildiyimiz kimi, Amerikanın “MQ Reaper” PUA-sı Rusiya qırıcısı tərəfindən vurulub. Rusiyanın bundan əvvəl də NATO sərhədləri boyunca çoxsaylı təxribatlar törətməsi yadımızdan çıxmayıb. Sizcə, ABŞ-ın bundan sonrakı reaksiyası necə olacaq?

- Rusiya ABŞ və NATO ilə qarşıdurmanı şiddətləndirir. Moskva münaqişə zonası yaratmaq istəyir. Sakit okean və ya Baltik dənizi kimi strateji istiqamətlərdə əməliyyat aparmaq riskindən qaçaraq, Qara dənizdə təxribat həyata keçirir. Onalrın fikrincə, Qara dəniz boz zonadır. Qara dəniz hövzəsində peyda olan PUA-lar və təyyarələr Rusiya tərəfindən düşmən obyekti kimi qəbul edilir. Əvvəllər bunlara dözümlü münasibət vardı. İndi “amerikalılara təzyiq sərtləşdirilsin” komandası verilib və nəticədə münaqişə zonasında təxribat törədirlər.

Rusiyada sözügedən PUA-nın özünün düşüdüyü versiyasını səsləndirirlər. Amma bu, təxribat olduğu üçün ABŞ Dövlət Departamenti Rusiyanın Vaşinqtondakı səfiri Antonovu çağraraq ona xəbərdalıq bildirib.

Əslində, PUA-nın vurulması həddin aşılamsıdır. Bu, müharibəyə gətirib çıxra bilərdi. Həm də ki, PUA-ya zərbə yüksək rəhbərliyin göstərişi əsasında vurulub, pilot özü bu qərarı verə bilməz. Mahiyyət etibarı ilə bu, təhlükəli döyüş texnikasından istifadə etməklə təxribat həyata keçirməkdir. Axı, PUA-nın döyüş hissəsi yoxdur və o, silah daşımayıb. Düşünürəm ki, belə bir insident təkraralanacağı təqdirdə, ABŞ cavab verəcək. Əminən ki, Rusiyanın Amerikadakı səfirinə bu barədə lazımi xəbərdarlıq edilib.

-Ukraynanın hərbi Baş Qərargahındakı son toplantıda Baxmutun müdafiəsinin davam etdirilməsi qərarı verilib. Sizin fikrinizcə, bundan sonra hadisələr necə inkişaf edə bilər? Biz şəhərin Ukraynanın nəzarətində qala biləcəyinə əmin ola bilərikmi? Bəlkə,belə bir nəticə çıxarmq hələ tezdir?

- Mən Baxmutun Ukrayna nəzarətində qalması ilə bağlı müəyyən bir şey söyləyə bilmərəm. Amma hərbi Baş Qərargahın Baxmutun müdafiə olunmasının davam etdirilməsi qərarı tamamilə düzgündür. Həm də bu, yekdil bir qərardır. Bu barədə general Zalujnı və Sırski, eləcə də digər komandirlər öz fikirlərini söyləyiblər. Bunun bir neçə səbəbi var. İlk növbədə Baxmut dəyanətin rəmzidir və güclü qaladır. Bu, bütün ukraynalı döyüşçülər və komandirlər, Ukrayna xalqı üçün mühümdür və ABŞ-ın tövsiyəsinə baxmayaraq, şəhəri tərk etmirik. Bu, bizə xarici dəstəyi gücləndirir və daha səmərəli şəkildə silah və texnika ilə təchiz edilməyimizə yardım göstərir.

Baxmut döyüşlərində Ukrayna müdafə gücləri düşmənin böyük sayda qüvvəsini məhv edir. Oraya Rusiyanın peşəkar ordusu cəlb olunub. Rusiyanın hava-desant qoşunları, dəniz piyadaları və “Vaqner” özəl hərbi qüvvələri döyüşlərdə iştirak edirlər. Belə ordunun hazırlanmasına illər sərf olunur. Səfərbər edilənlərdən tez bir zamanda belə bir qüvvə yaratmaq olmaz. Gün ərzində 850-1100 rusiyalı hərbçi məhv edilir və təxminən bir o qədər də yaralanır ki, bu da Rusiya ordusunun bütün şərq cəbhəsindəki döyüş imkanlarını kəskin aşağı salır.

Əlbəttə, biz də öz insanlarımızı itiririk, lakin ruslarla müqayisdə itkimiz azdır. Əlbəttə, Rusiya səfərbərliyə gedə bilər, amma mən döyüş qabiliyyətinin itirilməsindən danışıram. Bu cür şərtlər daxilində strateji hücum həyata keçirmək çox çətindir. Hazırda ruslar Avdeyevka, Uqledar, Svatova kimi iqstiqamətlərdən səmərəli hücum edə bilmir.

Baxmut praktiki olaraq Rusiyanın peşəkar ordusunun “üyüdülməsi” fabrikinə çevrilib. Baxmutun tezliklə zəbt olunması ilə bağlı Putin hərbçilərin qarşısında tapşırıq qoyub və hər dəfə də bu günü təxirə salmaq məcburiyyətində qalır. Yeni tarix 1 apreldir. Baxmutun alınmaması Putinə olan etibarı güclü şəkildə sarsıdır. Baxmut ətrafına böyük güc yığımasına baxmayaraq, o, bu lokal tapşırığı həll edə bilmir.

Bu, Putinə inamı azaldır və həmçinin bütövlükdə rejimi zəiflədir. Ona görə də Baxmutda biz bir neçə tapşırığı yerinə yetiririk. Əlbəttə, Baxmut uğrunda çox amansız döyüş gedir. Düşmən şimaldan və cənubdan bir qədər irəliləyir. Amma bizim yaxşı möhkəmləndirilmiş rayonlarımız, müdafiə üçün yaxşı mövqeyimiz var, dairə qapanmır. Daimi atəş altında texnika və silah yollamaq ağırdır, amma müdafiəçilərin təchizatı kəsilmir. Biz eyni anda bir sıra istiqamətlərdə lokal əks zərbələr vururuq.

Mən bizim komandanlığın ritorikasından görürəm ki, daha böyük əməliyyata və Baxmutu cinahlardan və arxadan mühasirəyə salmağa çalışan düşmən ordusuna güclü zərbə vurulmasına hazırlıq gedir. Əgər belə bir əməliyyat planlaşdırılırsa, Baxmutin əldə saxlanılması vacibdir, çünki oraya cəlb edilmiş güclər Baxmuta hücumla məşğul olacaqlar və bu zaman bizim xüsusi təyinatlılar, çevik hərəkət qüvvələri Baxmutun düşməndən tam təmizlənməsi əməliyyatı keçirə bilərlər. Yəqin ki, plan bundan ibarətdir. Düşünürəm ki, Baş Qərargahda belə bir plan nəzərdən keçirilir.

-Son zamanlar müharibənin yeni aktiv fazaya keçəcəyi barədə proqnozlar səslənir. Bu, nə vaxt baş verə bilər? Belə bir faza dönüş yarada biləcəkmi?

-İndi bizim hərbi qüvvə ehtiyatımızın hazırlanmsı işi gedir, xaricdə də həmçinin. Müxtəlif ölkələrdə artıq 40 min ukraynalı hərbçi təlim keçib. Ukraynaya ən müasir silahlar, texnika, raketlər, hava hücumundan müdafiə sistemləri, tanklar, zirehli transpartyorlar, Piyadaların Döyüş Maşını, Özüyeriyən Artilleriya Qurğuları verilir. Bunlara paralel olaraq Ukrayna Silahlı Qüvvələrinin zərbə qrupları və briqadaları hazırlanır.

Bu ehtiyat qüvvədən iki ay yarım ərzində nəinki Baxmutun ətrafının təmizlənməsində, həmçinin Ukraynanın şərqinin və cənubunun azad edilməsi istiqamətində yayındırıcı və strateji əməliyyatlar üçün istifadə olunacaq.

O ki qaldı düşmənə, indi onun heç bir əlavə vəsaiti yoxdur. Rusiyanın səfərbər etdiyi əsgərlərin lazımi döyüş bacarıqları yoxdur ki, cəbhə boyunca yaranmış “deşikləri” tuta bilsinlər. İndi əsas məsələ kimin daha tez ehtiyat hazırlaya bilməsidir. Kifayət qədər böyük ehtiyat yığması üçün Rusiyaya 4-5 ay vaxt lazımdır, 500 min insanın səfərbər olunmasına isə əlavə altı ay və ya bir il vaxt tələb olunur.

Digər tərəfdən, Rusiya Hərbi Sənaye Kompleksinin müəssisələrində silahların təmiri və ya modernləşdirilməsi gedir. Biz 2-3 ay ərzində müvafiq əməliyyat üçün bütün vasitələri hazırlaya bilməklə yanaşı, həm də bu əməliyyatı həyata keçirmək imkanına malikik.

Düşünürəm ki, may-iyun aylarında biz aktiv hücum əməliyyatı fazasına keçərək, şərq və ya cənub istiqamətlərini azad edə bilərik. Hamı bir şeyi anlamalıdır ki, bunun üçün güclü silahlarla təchiz edilmiş və strateji tapşırıqları yerinə yetirə biləcək yükəsk döyüş qabiliyyətinə malik ordu olmalıdır.

V.Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar