Putin ilk dəfə Donbasda - Rusiya prezidenti Mariupolu gəzir + VİDEO (Yenilənir)

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Mariupola səfər edib. Bu, onun Donbasa ilk səfəridir.

“Rossiya-24” telekanalı ölkə başçısının rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə səfərindən video yayımlayıb. Kadrlarda o, baş nazirin müavini Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.

***

Rusiya Prezidenti Vladimir Putin Mariupola işgüzar səfərə gedib APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin şəhərin bir sıra obyektlərinə gedib, yerli sakinlərlə görüşüb.

Onun Mariupola helikopterlə getdiyi qeyd olunub.

Səfər zamanı Baş nazirin müavini Marat Xusnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə Rusiya liderinə ətraflı məlumat verib.

635x100

Şərhlər

ELSAD 2023-03-19 23:57:03

Putin hec Moskvada serbest geze bilmir.)))

t.ədalət 2023-03-19 10:49:12

tam yalandır.

Son yazılar