Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb - 4,02 bənd təşkil edib

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında verilən məlumata görə, bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

635x100

Şərhlər

Loğman 2023-03-19 14:56:22

Bu mücərrədməlumatın məqsədi aydın olmadı.Olmazmı ki,hamının anladığ formada izah edilsin.Manatın dövriyyəsinin azalmasının əsas səbəblərini açan olsa ölkədə insanların yaşamının çətinliyi,bahalaşma,inhisarçılıq və nəzarətsizliyin səbəb olduğu aşkar olar.Ancaq hökumət bunu istəyirmi?

Son yazılar