“Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq” - Səfir

“Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.

“Report” xəbər verir ki, bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.

“Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, “LCI” telekanalında deyib.

Diplomatın sözlərinə görə, müharibədə qalib gəlmək çox vacibdir, çünki Ukrayna münaqişəsi Qərbin əsas dəyərləri və Qərb mədəniyyəti uğrunda gedən döyüşdür.

Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski “Corriere della Sera” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişədə məğlub olması Polşa və bütün Avropa üçün “varlıq səbəbi”nə çevrilib.

635x100

Şərhlər

Oxucu. 2023-03-20 13:37:04

Bu lap keçdi arazı yedi qazı məsələsinə döndü, müharibəni bəyəm polşa aparmır.?

Oxucu. 2023-03-20 12:23:57

Görəsən Polşadan sonra Anqlo-sakslar Avropada kimi qurban verərlər.Polşa müharibənin tən ortasındadır.

Hadrutlu Elxan 2023-03-20 09:35:53

*Məğlub olatsa* nə sözdür? Ukrayna elə 2014cü ildən məğlubdur və Azərbaycan kimi vətəndaşları (erməni terrorçularının xətrinə) hələ də öz Konstitusion ərazində təhlükəsiz, azad hərəkət edə bilmirlər? Sərhədləri qapamaq əvəzinə iki ildir cinayətkarlara barışıq yalvarışı edilir?

Son yazılar