Menu

“Gəlin hər şeyi adı ilə deyək...” - Lavrov

20.03.2023, 16:19
“Gəlin hər şeyi adı ilə deyək...” - Lavrov

“Cənubi Qafqazdakı həyəcanverici vəziyyətdən danışdıq”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz Qərb ölkələrinin açıq şəkildə Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük. Gəlin hər şeyi adı ilə deyək, Qərb ölkələrinin regional təhlükəsizlik arxitekturasını silkələmək cəhdlərini görürük. Əminəm ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər

Roma 2023-03-20 16:53:14

Hər şeyi adı ilə, elə 1-ci sən və sənin rəhbərin demir. Rusiya KİV-ləri 1 dəfə Qarabağ deyəndə 2 dəfə arsax və ya "dağlıq Qarabağ", 1 dəfə Xankəndi deyəndə 3 dəfə stepanakert və s. və i. deyirsiz, o ki qaldı sənin aşağıdakı kimi çərənləməyinə, ..."“Biz Qərb ölkələrinin açıq şəkildə Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük. Gəlin hər şeyi adı ilə deyək, Qərb ölkələrinin regional təhlükəsizlik arxitekturasını silkələmək cəhdlərini görürük. Əminəm ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur”"...bizim cavabımız belədir, yəni siz, Rusiya bunu sovetlərə qədər də, sovetlər vaxtı da və indidə deyirsiz. Heç bilmirsiz ermənini necə tumarlayasız, altını da Azərbaycan çəkir. Erməni cığalləğ edir, başını tumarlayaraq nazıynan oynayırsız, budur sizin siyasətiniz, bir 5-6 ermənini də daim teleradio məkanda üstümüzə hürdürürsüz. Sizin siyasətiniz məkr, hiylə, yalan üzərində qurulub...Artıq bunu hamı başa düşü və dünyanın ən azından 70-80%-i sizə nifrət edir, etməyənlər də qorxularından etmir...Bax həqiqət budue, cənab serqey viktiroviç...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol