Rusiyada “Dostluq” kəməri üzərindəki nasos stansiyasına PUA ilə zərbə endirilib

Rusiyanın Bryansk vilayətində “Dostluq” neft kəməri üzərindəki neft nasosu stansiyasına pilotsuz uçuş apparatı (PUA) ilə zərbə endirilib.

APA-nın xəbərinə görə, bu barədə Ğryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da paylaşım edib.

Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri PUA ilə “Novozıbkov” neft nasosu stansiyasına hücum edib, xəsarət alanlar yoxdur.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub, təhlükəsizliyin təmini üçün Drujba, Mamay, Trostan, Dubrovka və Novskoe yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb.

Qeyd edilib ki, operativ-istintaq tədbirlərindən sonra enerji təchizatı bərpa olunacaq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar