Menu

MÜDAFİƏ NAZİRLİYİ SÜLHMƏRAMLILARI YENƏ İTTİHAM ETDİ - "Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir" (VİDEO)

21.03.2023, 19:17
MÜDAFİƏ NAZİRLİYİ SÜLHMƏRAMLILARI YENƏ İTTİHAM ETDİ - "Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir" (VİDEO)

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

"Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir", - Nazirliyin açıqlamasında deyilir.

Şərhlər

Məstəli 2023-03-25 01:12:25

Dəmir yumruq hardadır?Eşşəyi qoyub palana döyəcləmək sizin saytın adətidir!Ayıb olsun!

Mayis 2023-03-22 09:54:40

Bizimkilər erməlilərin silah daşımasından danışır.Amma tədbir görmədiklərinə görə xalq əsəbiləşir.

Seyidə Yakutdan 2023-03-22 09:33:33

Ayıbdır, nə bayraq, konstitusion sərhədd USTAVImızı *onlar* tualetə işlədib, ayaqları altına atıb, müqəddəs kütləvi qəbiristanlıqları əhatə edirlər? Çünki, hazırkı üç milyona yaxın azərbaycanlı ailəsinin əzəli ilkin insan hüquqlarını viran ediblər və heç birisini də mühakimə etməmişik? Təslim olmayan sərhəddə vurulmalıdır!

Seyid 2023-03-21 20:56:46

Bir dənə bayrakdar, məsələnin həlli cavabı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol