Menu

Rusiya Moskvada qafqazlı, Krımda tatar “ovu”nda

18.11.2014, 13:11
Rusiya Moskvada qafqazlı, Krımda tatar “ovu”nda

Krımı işğal edən rus əsgərləri iki gün öncə Ağməscid şəhərindəki “Lokomotiv” bazarına basqın edib və slavyan olmayanları saxlayıblar.

Bazardakı satıcı və müştərilər “nizə bizimlə terrorçu kimi davranırsınız?” deyə etiraz etsələr də bu çoxsaylı insanın saxlanmasına mane olmayıb.

Bundan öncə Avropa Şurası Parlament Assambleyasında çıxış edən Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu rus işğalından sonra 18 nəfərin izsiz- soraqsız itkin düşdüyünü, ruspərəst hökumətin Krım tatarlarına basqılarının dayanmadığını bildirib. Rus işğalından bu yana Krımı 20 min nəfərdən çox tatar tərk edib. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol