Menu

İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurub

22.03.2023, 14:56
İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurub

İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib.

MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub.

Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol