Menu

Türkiyədə HDP seçkilərdə Yaşıl Sol Partiyası ilə birlikdə iştirak edəcək

22.03.2023, 22:21
Türkiyədə HDP seçkilərdə Yaşıl Sol Partiyası ilə birlikdə iştirak edəcək

Türkiyənin kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) mayın 14-də keçiriləcək seçkilərə Yaşıl Sol Partiyası ilə birlikdə iştirak edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə HDP həmsədri Mithat Sancar bildirib.

Qeyd edək ki, bundan əvvəl HDP Həmsədri Buldan isə mətbuat konfransı zamanı partiyasının seçkilərdə öz namizədini irəli sürməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyə hakimiyyəti HPD-ni PKK terror təşkilatını dəstəkləməkdə günahlandırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol