Moldova prezidenti Maya Sandu feysbuk səhifəsində ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq etdiyini bildirib.
“Report”un məlumatına görə, Maya Sandu bildirib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, - dövlət başçısı bildirib.
Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, bildirib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir ki, Moldova sakinlərinin rumın dilində deyil, moldova dilində danışdıqlarını vurğulayıblar.


Şərhlər
Dil təbii-tarixi prosessin məhsuludur. Bu mənada, tarixin cəngəlliklərində vahid olan hər bir “proto” dil zaman keçdikcə dəyişir və “milii” dillər formalaşır. Bu obyektiv prosesdir, yəni insanların istəyinin, subyektiv amilin burada rolu varsa belə, əhəmiyyətsizdir.
Məsələn, yakut və müasir Türkiyə dilinin kökü eyni olsa da (prototürk), bu gün onların daşıyıcıları bir birini başa düşmək üçün tərcüməçi lazımdır. Eləcə də slavyan, german, roman, irandilli xalqlarda. Kim deyə bilər ki, müasir rus və ukrain, yaxud sloven, serb, polyak dilləri eyni dildilər? Eləcə də, kim deyə bilər ki, ingilis-alman dilləri, ispan-molldavan dilləri, qazax-Azərbaycan dilləri eyni dillərdi? Eləcə də Azərbaycan və müasir Türkiyə dilləri. Kökləri birdir bu dillərin, inkişafı və formalaşması başqa amillərlə bağlıdır. Və bu gün sayılan dillərin hər biri öz zənginliyi ilə seçilir və fərqlənir. Siyasi maraqlara köklənən yanaşmalar siyasət dəyişdikcə, dəyişəcəklər. Bunu görməyənlər ideoloji klişelərin əsirləridi. Ancaq tarixin öz hökmü var...
Halal olsun.Sevdim səni,domna Sandu.”Moldova” dövlətin adıdır.Və Rumıniyanın Basarabia deyilən bir əyalətinin Sovetlərin qamarlamasıyla belə adlanmışdır.Əlbəttə ki dil rumın dilidir.Dövlətlərin adı eyni ərazidə cürbəcür ola bilər,amma buna görə xalqın dilinin adı dəyişməz ki.Onda Moldovadan əvvəl Basarabia dili olmuş olmalıydı.Bizdə də dil türk dilidir,eləmişik Azərbaycan dili.Bəlkə Şimali Azərbaycan dili eləyək?Azərbaycan ərazisində saysız dövlətlər olub tarixən.Səfəvilər dövründə “Səfəvi dili”,Qaraqoyunlular dövründə “Qaraqoyunlu dili”,Ağqoyunlular dövründə “Ağqoyunlu dili” olmalıydımı?Bəlkə Eldəgəzlər dövründə “Eldəgəzlər dili” və ya “Atabəylər dili” deməliydik?Bəlkə Şirvanşahlar dövründə “Şirvanşah dili” deməliydik?Azərbaycan adlı dövlət 1918-ci ildə qurulub deyəmi “Azərbaycan dili” deyirik?1918-ci ilə qədər dilimizin adı olmayıbmı?Dramaturgiyamızın banisi M.F.Axundov öz əsərlərini türkcə yazdığını deyir,Azərbaycan dilində yazmışam demir.Biz niyə inad edirik?”Azərbaycan” dövlətin adıdır,torpağın adıdır,dilin adı deyildir.Yoxsa “Kanada dili”,”Hindistan dili”,”Avstraliya dili”,”Yeni Zelandiya dili”,”Əlcəzair dili”,”Birləşmiş Ərəb Əmirlikləri dili”,Yəmən dili” deyə bir şey var bəlkə dünyada,xəbərimiz yoxdu?Kimlərinsə xoşuna gəlməz,hansı dövlətlərsə bizə ağız büzər deyə öz təməl haqqımız olan ən adi şeylərin üstündən keçə-keçə gəlmişik bax bu günlərə.Dərbənd birində,Zəngəzur birində,Həmədan birində,Borçalı birində,param-parça,dağım-dağım,cırım-cırım.