Qardaş Türkiyənin ölkə miqyasında dağıdıcı zəlzələnin doğurduğu problemlərə başının qarışdığı bir vaxtda Misirin hakimiyyəti Türkiyə ilə «münasibətlərin yaxşılaşdırılması məqsədilə» 3 şərt irəli sürüb.
Bu barədə rusiyalı jurnalist Abbas Cuma xəbər verib.
Cuma Misirin 3 şərtini aşağıdakı kimi qeyd edib:
1. Türkiyədə gizlənən və Misirdə axtarışda olan «Müsəlman qardaşlar»nın üzvlərinin təhvil verilməsi - onlar silahlı qüvvələrə, polisə və mülki şəxslərə qarşı törədilən terror aktlarına ədaqəli hesab olunurlar.
2. Türkiyənin Liviyada hərbi iştirakının dayandırılması, oradan bütün türkiyəyönlü döyüşçülərin çıxarılması.
3. Kiprlə və Yunanıstanla fikir ayrılığına son qoymaq.
Bundan əvvəl xəbər verildiyi kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Misirin hazırkı Prezidenti Abdel Fəttah əs-Sisini «tiran» adlandırmışdı. Müşahidələr göstərir ki, Türkiyədə baş vermiş zəlzələdən (onun doğurduğa problemlərdən) namərdcəsinə siyasi məqsədlərlə bəhrələnmək arzusunda olanların sayı təkcə Sİsi ilə bitib tükənmir. Məsələn, zəlzələdən dərhal sonra Fransada bəzi siyasi dairələr açıq sevincək çıxışlar etmişdilər. Təsadüfi deyil ki, o zaman Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu onlara belə bir çağırış etmişdi: «Nifrətinizdə boğulun!»…
Yenə də zəlzələdən təxminən bir həftə sonra Amerikada yaşayan bir erməni belə yazmışdı ki, biz Türkiyəyə kömək etdik (Ermənistan hökuməti Adıyamana 27 nəfərlik bir heyət göndərmişdi), indi növbə Türkiyənindir. Bu erməni sanki demək istəyirdi: «Biz kömək etdik, əvəzini qaytarın…» Daha bunun harası kömək oldu?
Buradan bir daha açıq şəkildə göründü ki, erməninin dostluğu təmənnalı, düşmənçiliyi isə namərdliklə paraleldir…
Nəhayət, bu günlərdə xəbər verildiyi kimi, Kremlin təbliğatçılarından olan Vladimir Solovyovun verilişinin daimi qonağı keçmiş duma deputatı, erməni dığası Semyon Baqdasarov erməniyə məxsus murdar xislətini növbəti dəfə ortaya qoyub. O, təklif edib ki, Rusiya ordusu Türkiyədəki dağıdıcı zəlzələnin yaratdığı faciədən, böhrandan istifadə edərək, bu ölkəyə hücum etsin və İstanbulu tutsun: «Türkiyə indi çətin vəziyyətdədir. Gəlin böhrandan istifadə edək. Onu Orta Asiyadan qovaq, Ukraynaya təsirini zəiflədək, Cənubi Qafqazdan qovaq, Türkiyədə müəyyən dairələri də qaldıraraq (PKK nəzərdə tutulur - M.A.), tarixən bizə məxsus olanları - Konstantinopolu qaytaraq. Gəlin bunları qaytaraq… Allaha şükür ki, böhrandır…»
Buradan bir daha açıq görünür ki, erməninin qəlbində qurdlar vıjıldayır, bu gəzəyəntə tayfa adam olası deyil.
Bütün bunları saf-çürük etdikcə, düşünməli oluruq - erməni düşməndir, bilirik, bəs Sisi? İlan zəhərlidir, nə fərqi, ağına da lənət, qarasına da!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Mirzə son iki yazın ( pensiya yaşı ) və bu yazı sənin olan-olmayan günahlarını yudu , bizi başa düşdük rusa söz deməyə cəsarətmiz çatmır ,axı Putini özünə dost sanan Ərdoğanın ətrafı niyə bu çaqqalların səsini kəsmək üçün Rusya qarşısında məsələ qaldırmır ? Onlar bilmir ki bunun kimi dığaları Kreml hürdürür ? Ukrayna jurnalistləri bunu tərcümə edib Türkiyə otellərində nümayiş etdirmək fikrindədilər ,onlara təşəkkürlər ,qoy bilsinlər bu rus zibillər nəyuvanın quşlarıdırlar .Sizə də əşəkkürlər