Türkiyədə minimum pensiya 36 % artırılır - Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan minimum pensiyanın 7 min 500 lirə olacağını bildirib. O, bu barədə canlı yayımda açıqlamalar verib.

Ərdoğan minimum pensiyanın 7 min 500 lirə (cari məzənnə ilə 670,5 manat) olacağını müəyyən etdiklərini açıqlayıb.

"Əmək və Sosial Müdafiə Nazirliyimiz, Xəzinə və Maliyyə Nazirliyimizlə bu rəqəmi müəyyən edib. Bu gecə burada sizə müjdə verim: ən aşağı pensiya 7 min 500 lirə olacaq. Bu axşam burada elan edirik. 5 min 500 lirə olan (492 manat -red) olan pensiyanı 2 min lirə (179 manat - red) artırırıq", - Ərdoğan deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar