Menu

"Tbilisidə keçirilən aksiyaların məqsədi inqilab yolu ilə hakimiyyəti devirmək olub" - Qaribaşvili

24.03.2023, 14:04
"Tbilisidə keçirilən aksiyaların məqsədi inqilab yolu ilə hakimiyyəti devirmək olub" - Qaribaşvili

Martın 7-8-də Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarının məqsədi inqilab yolu ilə Gürcüstanda hakimiyyəti devirmək olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində keçirilən dinləmədə deyib.

Baş nazir qeyd edib ki, "beşinci kolon" və onun rəhbərlik etdiyi ekstremist, anarxist qüvvələr hakimiyyəti devirməyə çalışsa da “hakimiyyət öz müdrikliyi və gücü ilə zorakı hərəkətləri dəf edib və hər kəsə layiqli yer verib”.

Qaribaşvili Avropa Parlamentinin bəzi deputatlarının polisə "Molotov kokteylləri" ilə hücum edilərkən həvəsləndirici bəyanatlar verdiyini xatırladıb: "Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol